Medvedev Davudoğlunu təbrik etdi
Bizi izləyin

Dünya

Medvedev Davudoğlunu təbrik etdi

Rusiya Federasiyasının baş naziri Dimitri Medvedev türkiyəli həmkarı Əhməd Davudoğlunu baş nazir təyin olunması münasibəti ilə təbrik edib. Publika.az-ın məlumatına görə, bu barədə xəbər Rusiya baş nazirliyinin internet səhifəsində yayılıb.

Medvedev təbrikində Əhməd Davudoğlunun rəhbərliyindəki yeni Türkiyə hökuməti ilə iki ölkə arasındakı münasibətlərin çoxşaxəli inkişafı üçün əməkdaşlığa hazır olduğunu qeyd edib.

“Əminəm ki, ticarət, iqtisadiyyat, investisiya, elm, texnika, mədəniyyət və humanizm sahəsindəki amakdaşlığımız hər iki ölkənin mənfəətləri istiqamətində inkişaf edəcəkdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm