• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ariel: “İsraili ərəb ölkələri cəsarətləndirir”

  • Dünya
  • 3 Sentyabr 2014 08:54
  • 620 Baxış
Ariel: “İsraili ərəb ölkələri cəsarətləndirir”

İsrailin tikinti naziri Uri Ariel ərəb dünyasının hərəkətlərinin İsrailin məskunlaşma siyasətinə kömək etdiyini söyləyib.

Axar.az xəbər verir ki, iştirak etdiyi radio proqramında etiraf kimi açıqlamalar edən nazir, ərəb ölkələrinin rəhbərlikərinin həyata keçirdikləri siyasətin Fələstində İsrail varlığının qalmasına şərait yaratdığını vurğulayıb.

İsraildəki ən radikal sağı təmsil edən “Yəhudi Evi” partiyasının təmsilçisi nazir Ərəb ölkələrinin “səssiz” qalmalarının, məskunlaşma siyasətinə əhəmiyyət verməməklərinin Qərbi Şəriyə və Qüdsdəki yəhudilərin məskunlaşıb orada qalmasına kömək etdiyini bildirib.

Xatırladaq ki, İsrail illərdir işğal etdiyi Fələstin torpaqlarında məskunlaşma siyasətini davam etdirməkdədir. Son araşdırmalar və hesabatlara görə, İsrailin Qərbi Şəriyədəki məskunlaşma yerlərin son 5 ilə görə təkcə bir neçə ay içərisində yüzdə 50 faiz artdığı bildirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR