NATO Qara dənizə dörd hərbi gəmi göndərir
Bizi izləyin

Dünya

NATO Qara dənizə dörd hərbi gəmi göndərir

NATO Qara dənizə daha dörd hərbi gəmi göndərir.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın “Ross” eskadra mina gəmisi, Fransanın “Komandant Biro” freqatı, Kanadanın “Toronto” freqatı və İspaniyanın “Almirante Xuan de Burbon” freqatı 7 sentyabra qədər Qara dənizə daxil olacaq.

Agentliyə danışan hərbi-diplomatik mənbə “Ross” eskadra mina gəmisi və “Komandant Biro” freqatının bu gün, Kanada və ispan freqatlarının isə 6 sentyabr tarixlərində Qara dəniz boğazlarını keçəcəyini bildirib.

Hazırda Qara dənizdə olan Fransanın “Dyupyui de Lom” kəşfiyyat gəmisi 5 sentyabr tarixində akvatoriyanı tərk edəcək. Montrö Boğazlar Razılaşmasına görə, Qara dəniz sahili olmayan ölkələrin hərbi gəmiləri burada 21 gündən çox qala bilməz.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm