Ukrayna Luqanskın bütün cənub hissəsini itirib
Bizi izləyin

Dünya

Ukrayna Luqanskın bütün cənub hissəsini itirib

Separatçılar və Rusiya Federasiyasının hərbçiləri faktiki olaraq Luqansk vilayətinin bütün cənub hissəsini nəzarət altına alıblar.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqavimət” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert Donbas hövzəsində vəziyyətin son dərəcə mürəkkəb olaraq qaldığını bildirib. Onun sözlərinə görə, separatçılar və Rusiya Federasiyasının hərbçiləri hazırda Donetskdən Mariupola qədər ərazini nəzarət altına almaq üçün hücumları davam etdirir. D.Tımçuk aktiv döyüşlərin Debaltsevo, Stukalovoy, Starobeşeva və Amvrosiyevka rayonlarında getdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm