CHP-çidən oğluna vəsiyyət: “Ərdoğanın sözünə əməl elə”
Bizi izləyin

Dünya

CHP-çidən oğluna vəsiyyət: “Ərdoğanın sözünə əməl elə”

Ana müxalifət partiyasının sədrliyinə namizəd olan Məhərrəm İncə öz oğluna vəsiyyət edib.

Publika.az xəbər verir ki, “Hürriyət”ə müsahibə verən Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili, sədrliyə namizəd Məhərrəm İncə yeganə oğlu Salehə üç vəsiyyət edib. Bu vəsiyyətlərin içərisində ən maraqlısı prezident Ərdoğanın sözünə əməl etməklə bağlıdır. Ərdoğan hələ baş nazir olduğu dövrlərdə getdiyi hər yerdə, görüşdüyü bütün ailələrdə, qatıldığı bütün nigah mərasimlərində cütlüklərə, ən azı, üç uşaq sahibi olmalarını tövsiyyə edib: “Ərdoğana, sadəcə, bu məsələdə qulaq as və üç uşaq sahibi ol”.

Atanın ikinci vəsiyyəti isə öləndən sonra cənazəsinin partiya avtobusu ilə doğulub-böyüdüyü kəndə gətirilib orada dəfn olunması barədədir.

Üçüncü vəsiyyət daha maraqlıdır: “Kənddəki ata evindən bir qarış torpaq belə satma”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm