Kremldən təkzib gəldi: “Rusiya münaqişə tərəfi deyil”
Bizi izləyin

Dünya

Kremldən təkzib gəldi: “Rusiya münaqişə tərəfi deyil”

Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Pyotr Poroşenko Şərqi Ukraynada atəşkəsin elan olunmasında razılaşmayıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Çünki Rusiya Federasiyası münaqişə tərəfi deyil. Putin və Poroşenko, həqiqətən də, özünümüdafiə qüvvələri və Ukrayna ordusu arasında atəşin dayandırılmasına imkan yaradacaq addımları müzakirə edib. Amma atəşin dayandırılması üçün razılaşmaq Rusiyanın əlində olan iş deyil. Yenə təkrar edirəm, Rusiya münaqişə tərəfi deyil”, - D.Peskov bildirib.

Xatırladaq ki, Ukrayna prezidenti mətbuat xidməti Donbas bölgəsində daimi atəşkəsin elan olunduğu xəbərini yayıb. Qərarın Pyotr Poroşenkonun Rusiya prezidenti ilə telefon danışığından sonra verildiyi bəyan olunub.

Ukrayna və Rusiya prezidentlərinin avqustun 26-da Belarus paytaxtı Minskdə təkbətək görüşü keçirilmişdi. İki saat çəkən görüşdə Ukraynadakı hərbi-siyasi vəziyyət, iqtisadi problemlər və qaz nəqli məsələsi müzakirə olunmuşdu. Həmin görüşdən sonra Ukraynada vəziyyət daha da gərginləşib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm