Putin söz savaşından sonra Qazaxıstan sərhədlərinə qoşun yeritdi
Bizi izləyin

Dünya

Putin söz savaşından sonra Qazaxıstan sərhədlərinə qoşun yeritdi

Rusiya Federasiyası Qazaxıstan sərhədlərində yaxınlığında strateji təyinatlı qüvvələrin irimiqyaslı hərbi təlimlərinə başlayır.

Publika.az-ın inforesist.org saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın strateji təyinatlı raket qoşunlarının komandanlığının rəsmisi Dmitri Andreyev bildirib.

Təlimlərə zirehli texnika və aviasiyanın təxminən 400 vahidi, eyni zamanda, 4 mindən artıq canlı qüvvə cəlb ediləcək. Komanda-qərargah təlimlərində hərbçilər “diversantlara qarşı hərəkət və yüksək dəqiqlikli silahlarla zərbə”ni sınaqdan keçirəcəklər.

Hərbi ekspertlər isə Qazaxıstan sərhədlərində keçiriləcək təlimlərin yeri və vaxtının təsadüfən seçilmədiyini bildirirlər. Hərbi təlimlərlə bağlı Rusiya Müdafiə Nazirliyindən bəyanatın verildiyi bir vaxtda NATO-nun Çexiyada irimiqyaslı təlimləri başlanır. Sabah isə Uelsdə NATO-nun iki gün davam edəcək sammiti başlanır. Sammitdə hərbi alyansın Rusiyaya qarşı fəaliyyət planının qəbulu gözlənilir.

ABŞ prezidenti sammitdən əvvəl Baltikyanı ölkələrə, yəni Rusiyanın sərhədlərinə gələrək Moskvaya önəmli mesajlar göndərdi.

Digər diqqətçəkən məqam isə son günlər Rusiya prezidenti Vladimir Putinin qazax həmkarı Nursultan Nazarbayevlə qiyabi söz savaşıdır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqı ilə bağlı Rusiyaya növbəti dəfə mesaj göndərib. Nazarbayev dövlət maraqlarının pozulacağı halda Qazaxıstanın Avrasiya İttifaqından çıxa biləcəyini deyib.

“Əgər müqavilədə əksini tapan qaydalar yerinə yetirilməsə, Qazaxıstan Avrasiya İqtisadi İttifaqından imtina etmək hüququna malikdir. Mən artıq əvvəllər də bunu demişəm, yenə də deyirəm”, - Nazarbayev bildirib. Qazaxıstan prezidentinin sözlərinə görə, Qazaxıstan onun müstəqilliyinə təhlükə yaradan təşkilatları tərkibində olmayacaq: “Müstəqillik bizim ən bahalı xəzinəmizdir. Bunun üçün bizim babalarımız mübarizə aparıblar. Biz heç vaxt müstəqilliyimizi verməyəcəyik və onu qorumaq üçün bacardığımız hər şeyi edəcəyik”.

Bundan əvvəl isə Rusiya prezidenti Avrasiya İttifaqının daha çox qazaxlara lazım olduğunu bildirmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm