• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Putin separatçıları qışa hazırlamaq üçün briqadalar göndərir

  • Dünya
  • 3 Sentyabr 2014 18:25
  • 499 Baxış
Putin separatçıları qışa hazırlamaq üçün briqadalar göndərir

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas hövzəsinə təmir briqadaları göndərməyə hazırlaşır.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya dövlət başçısının özü bildirib.

Rusiya prezidentinin sözlərinə görə, Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində infrastrukturun bərpası üçün təmir briqadaları göndərmək lazımdır. Şərqi Ukrayna sakinlərinə “qışa hazırlıqda kömək” barədə razılığın Putinin ukraynalı həmkarı Pyotr Poroşenko ilə telefon söhbətində əldə olunduğu bildirilir.

Xatırladaq ki, iki ölkə prezidentləri arasında telefon danışığı dünən baş tutub. Telefon söhbətindən sonra Ukrayna prezidentinin mətbuat xidməti Donbas bölgəsində daimi atəşkəsin elan olunduğu xəbərini yayıb. Qərarın Pyotr Poroşenkonun Rusiya prezidenti ilə telefon danışığından sonra verildiyi bəyan olunub.

Kremldən isə dərhal təkzib gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna prezidentlərinin atəşkəsin elan olunmasında razılaşmadığını bildirib.

“Çünki Rusiya Federasiyası münaqişə tərəfi deyil. Putin və Poroşenko həqiqətən də özünümüdafiə qüvvələri və Ukrayna ordusu arasında atəşin dayandırılmasına imkan yaradacaq addımları müzakirə edib. Amma atəşin dayandırılması üçün razılaşmaq Rusiyanın əlində olan iş deyil. Yenə təkrar edirəm, Rusiya münaqişə tərəfi deyil”, - D.Peskov bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR