İŞİD lideri Bağdadi öldü – İDDİA
Bizi izləyin

Dünya

İŞİD lideri Bağdadi öldü – İDDİA

Terror təşkilatının xəlifəsi Əbubəkir Bağdadinin öldürüldüyü və yerinə Əbu Müslim Türkmənin keçdiyi iddia edilib.

Publika.az “Star” qəzetinə istinadən xəbər verir ki, 2 sentyabr tarixində türkmənlərin sıx məskunlaşdığı Kərkükün Əmirli kəndində yaxalanan İŞİD üzvü olan bir yaraqlının dediyinə görə Əbubəkir Bağdadi öldürüldü və yerinə Əbu Müslim Türkmənin gətirildiyi iddia edilib.

İraq hüquq-mühafizə orqanlarının iddiasına görə adı əbuSəlma olan İŞİD üzvü Bağdadinin üç həftə əvvəl ABŞ-ın bombardımanıənəticəsində ağır yaralandığı və müalicəsi üçün Suriyaya göndərildiyi ancaq yarasının ağır olduğundan dolayı öldüyünü deyib.

Iraq mətbuatı Əbu Səlmanın “əgər Bağdadinin ölüm xəbəri yayılsa İŞİD içərisində çaxnaşma yaranacağına görə o saat yerinə Əbu Müslim Türkmən gətirilib” açıqlamasını verib.

Ancaq İŞİD başsız qalmasın deyə İraq və Suriyadakı yaraqlıları bir yerə yığıb xəlifənin yerinə birini seçənə qədər Türkməni müvəqqəti olaraq lider seçildiyi təxmin edilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm