Avropa Moskvaya yeni zərbə vurmağa hazırlaşır
Bizi izləyin

Dünya

Avropa Moskvaya yeni zərbə vurmağa hazırlaşır

Avropa Birliyinin (AB) Rusiyaya qarşı yeni sanksiyaları bu ölkənin kapital bazarı və yüksək texnologiyalar sahəsinə zərbə vuracaq.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının xəbərində deyilir.

Xəbərdə bildirilir ki, AB-nin Rusiyaya qarşı 31 iyul tarixində qəbul etdiyi sanksiyalara yeniləri əlavə olunacaq. Yeni sanksiyalar kapital bazarı və yüksək texnologiyalar sahəsi də daxil olmaqla iqtisadiyyatın bir sıra sferaları və müdafiə sənayesini əhatə edəcək.

“Avropa Komissiyası bu gün yeni sanksiyaları üzv dövlətlərin müzakirəsinə göndərib. Onlar müzakirə olunmalı və Avropa Komissiyasının təklifləri qiymətləndirilməlidir”, - xəbərdə qeyd olunub.

AB-yə üzv dövlətlərin razılığından sonra yeni sanksiyalar qurumun rəsmi saytında elan ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm