"Malayziya hava yolları" aviaşirkəti: “Harada ölmək istərdiniz?”
Bizi izləyin

Dünya

"Malayziya hava yolları" aviaşirkəti: “Harada ölmək istərdiniz?”

Bu il iki böyük təyyarə qəzası ilə sarsılan “Malayziya hava yolları” aviaşirkəti təşkil etdiyi bir yarışma ilə yeni bir skandala imza atıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, şirkət müştərilərinə “harada ölmək isterdiniz?” sualını ünvanlayıb.

Yarışma bilet satışını artırmaq üçün təşkil olunub. Müştərilərə haraya getmək istədikləri və ölmədən əvvəl nə etmək istədikləri kimi sualların ünvanlandığı yarışma sərt reaksiyalardan sonra ləğv edilib.

Xatırladaq ki, "Malayziya hava yolları" aviaşirkətinə məxsus “MH370” təyyarəsi 8 martda 239 nəfərlə Kuala Lumpur-Pekin səfərində yoxa çıxmışdı. Bundan dörd ay sonra isə eyni aviaşirkətə aid “Boinq-777” sərnişin təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulmuşdu. Bölgədə vuruşan tərəflərdən heç biri 298 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə məsuliyyəti üzərinə götürməmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm