• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Çeçen prezidenti İŞİD-ə qan udduracaq

  • Dünya
  • 3 Sentyabr 2014 23:06
  • 749 Baxış
Çeçen prezidenti İŞİD-ə qan udduracaq

Özlərini “İslam dövləti” adlandıran radikal islam qruplaşması Çeçenistan və Qafqazda müharibəyə başlayacaqlarına dair hədə-qorxu gəliblər.

Bu barədə İnterfaks yaraqlılardan birinin “Allahın izni ilə” Çeçenistan və Qafqazı azad edəcəklərini bildirdiyi video-yazının yayımlandığı “Əl-Ərəbiyyə” telekanalına istinadən bildirib. Video-yazı rus subtitrlərlə müşayiət edilir.

Bu videoya bu gün yetərincə sərt cavab verən Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-da yazıb:

“Bu şərəfsizlərin islama heç bir aidiyyatları yoxdur. Onlar dünya müsəlmanlarının düşmənidir. Sadəlövhlər iki təyyarə ilə Çeçenistana və Rusiyaya hədə-qorxu gəlirlər. Onlar iki min təyyarəyə otura bilərlər, amma Rusiyaya çata bilməyəcəklər. (...) Biz onları Çeçenistanda tamamən məhv etmişik, o zaman onların sayı on minlərlə nəfərə çatmışdı, indi isə Rusiya hesab edilən Çeçenistana çəp baxmağı belə ağlına gətirəni məhv edərik...”.

“Ölkəmizə qarşı nə isə planlayanlara xatırlatmaq istərdim ki, Rusiyanın istənilən əmri yerinə yetirməyə, düşmənlərinin boynunu qırmağa hazır olan layiqli oğulları var. Dünyanı belə murdarlardan təmizləməyi özümüz üçün xoşbəxtlik hesab edərik. İraq və Suriyadakı yaraqlılar özlüklərində heç nə ifadə etmirlər. Mən vurğulamaq istərdim ki, onlar ölümlərini Suriya və İraqın qaynar şüaları altında qarşılayacaqlar və elə o an cəhənnəm oduna vasil olacaqlar”, - Ramzan Kadırov yazıb.

Bu yazı çap edildikdən bir saatdan az bir vaxt ərzində onu Çeçenistan rəhbərinin İnstagram oxucularından 10 min insan bəyənib. (oxu.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR