Kremlə cihad xəbərdarlığı: “Rusiya üçün potensial risklər mövcuddur”
Bizi izləyin

Dünya

Kremlə cihad xəbərdarlığı: “Rusiya üçün potensial risklər mövcuddur”

Rusiya qoşunlarının Ukraynanın şərqindəki müharibəyə qoşulmasından ölkə daxilindəki separatçılar, xüsusilə müsəlmanlar istifadə edə bilər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu sözləri ukraynalı ekspert, “Penta” Siyasi Tədqiqatlarının Mərkəzinin İdarə Heyətinin sədri Vladimir Fesenko deyib.

İŞİD terror quplaşmasının Çeçenistan Respublikası, ümumilikdə Qafqazda müharibəyə başlayacağı barədə Rusiyaya etdiyi xəbərdarlığı şərh edən ekspert təhlükənin real olduğunu düşünür: “Əgər Rusiya qoşunları Ukraynanın şərqində müharibədə iştirakını genişləndirərsə, bundan ölkə daxilində separatçılar, xüsusilə müsəlmanlar istifadə edə bilərlər. Çeçenistan Respublikasında Ramzan Kadırov vəziyyətə kifayət qədər sərt şəkildə nəzarət edir. Amma sabah nə olacağını, hansı problemlərin yarana biləcəyini indi heç kim deyə bilməz. Rusiya üçün potensial risklər mövcuddur. Ukraynaya müdaxilə Rusiyanın arxasında tamamilə ciddi problemlər yarada bilər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm