Arseniy Yasenyuk: “Putinin planı münaqişənin dondurulmasına xidmət edir”
Bizi izləyin

Dünya

Arseniy Yasenyuk: “Putinin planı münaqişənin dondurulmasına xidmət edir”

Ukrayna baş naziri Arseniy Yasenyuk Rusiya prezidenti Vladimir Putinin Donbas hövzəsindəki münaqişənin nizamlanması ilə bağlı 7 bəndlik planını şərh edib.

Publika.az-ın lenta.ru saytına istinadən verdiyi məlumata görə, A.Yasenyuk Putinin planının münaqişənin dondurulmasına xidmət etdiyini bildirib.

“Bu plan Rusiyaya qarşı sanksiyaların yeni dalğasından qaçmaq, eyni zamanda NATO-nun Uels sammitindən əvvəl beynəlxalq cəmiyyəti aldatmaq cəhdidir. Rusiya onunla Cenevrə, Normandiya, Berlin və Minskdə əldə olunan razılaşmalara sadəcə olaraq ya məhəl qoymurdu, ya da pozurdu”, - Ukrayna baş naziri deyib.

Qeyd edək ki, Rusiya prezidenti Ukraynanın Donbas hövzəsində vəziyyətin nizama salınması ilə bağlı planını elan edib. Yeddi bəndlik planda Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv hücum əməliyyatlarının dayandırılması, Ukrayna ordusunun yaşayış məntəqələrindən uzaqlaşdırılması, yaradılan təhlükəsizlik zonasında atəşkəz şərtlərinə riayət edilməsinəobyektiv beynəlxalq nəzarətin həyata keçirilməsi,hər iki tərəfdə saxlanılan şəxslərin hər hansı ilkin şərtlər olmadan mübadilə edilməsi, qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizlərin açılması, dağıdılmış obyektlərin bərpası üçün təmir briqadalarının göndərilməsi müddəaları yer alıb.

V.Putin hesab edir ki, Kiyev hakimiyyəti və “Ukraynanın cənub-şərqinin nümayəndələri”nin arasında əldə olunan son razılıqlar üçtərəfli əlaqə qrupunun 5 sentyabr tarixində keçiriləcək görüşündə daha da möhkəmləndirilə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm