ABŞ-dan sərt mesaj: “Cəhənnəmin qapılarına qədər təqib edəcəyik”
Bizi izləyin

Dünya

ABŞ-dan sərt mesaj: “Cəhənnəmin qapılarına qədər təqib edəcəyik”

ABŞ-ın vitse-prezidenti Joe Biden İŞİD terror təşkilatı ilə bağlı çox sərt çıxış edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, vitse-prezident İŞİD-i “cəhənnəmin qapılarına” qədər təqib edəcəyini söyləyib.

Amerikalı daha bir jurnalisti edam edən İŞİD-i hədəf alan J.Biden “Amerika xalqının gözünü qorxutmaq istəyirlərsə, deməli bizi yaxşı tanımırlar. İŞİD bunu bilməlidir ki, ədalət öz yerini tapana qədər onları cəhənnəmin qapılarına kimi təqib edəcəyik. Çünki onların yeri cəhənnəm olacaq” deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm