
Rusiyadan Şərqi Asiyayadək uzanacaq ilk təbii qaz boru kəmərinin təməlqoyma mərasimi keçirilib.
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiyanın Şərqi Sibir regionunun Yakutiya bölgəsində keçirilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Baş nazirinin müavini Zhang Gaoli iştirak ediblər.
“Sibirin gücü” adlandırılan boru kəməri istifadəyə verildikdən
sonra ildə 38 milyard kubmetr Rusiya qazı Çinə nəql olunacaq. Bu
miqdarın gələcəkdə ildə 60 milyard kubmetrə qədər artırılması
nəzərdə tutulub.
Qarşıdakı illərdə Pakistan və Hindistanın da bu layihədə iştirakı
gözlənilir.