Yaponiyada zəlzələ
Bizi izləyin

Dünya

Yaponiyada zəlzələ

Sentyabrın 3-də Yaponiyanın mərkəzində, Totiqi prefekturasında 5,2 bal gücündə zəlzələ baş verib.

Yaponiya Mərkəzi Meteorologiya Xidmətinin yaydığı məlumata əsasən, sunami təhlükəsi elan olunmayıb.
Yerli vaxtla saat 16.24 dəqiqədə baş vermiş zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Yaxınlıqda yerləşən 12 prefekturada, o cümlədən Fukuşima, İbaraki, Niiqata, Saytama prefekturalarında və Tokio rayonunda yeraltı təkanlar 5 bal gücündə hiss olunub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

AzərTAc

Oxumağa davam et
Reklam
Reklam

Gündəm