• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

İngiltərə əyri güzgülərin sirrini axtarır - Foto

  • Dünya
  • 4 Sentyabr 2014 06:40
  • 532 Baxış
İngiltərə əyri güzgülərin sirrini axtarır - Foto

İnsanlar daima digər varlıqların mövcud olub-olmamasının marağında olublar. Paralel dünyalar həqiqətən də mövcuddurmu?

Axar.az xəbər verir ki, bir vaxtlar “başqa dünyaya giriş” İngiltərənin Kent şəhərində “açılmışdı”. Söhbət gülüş otağına bənzər yarmarka attraksionundan gedir. 1998-ci ildə oraya dörd yeniyetmə daxil olub və bir daha geri qayıtmayıb. Bütün axtarışlar isə nəticə verməyib.

Üç il sonra elə bu yolla daha iki yeniyetmə yoxa çıxıb. Sonra bir neçə dəfə də bu cür hadisə baş verib. Təhqiqat aparan yerli detektiv Şon Merfi belə bir versiya irəli sürüb ki, gülüş otağına yeniyetmələri oğurlayan naməlum cinayətkar girib və sonra onları öldürərək cəsədlərini gizləyib. O güman edirdi ki, cinayətkar attraksiona gizli yolla daxil olub, buna görə də görünməz qalıb, lakin heç bir gizli giriş aşkar etmək mümkün olmayıb.

Maraqlı qanunayuğunluqdur: yoxa çıxan yeniyetmələrin hamısı bir-birini tanıyıb və hadisələrin hamısı ayın sonuncu cümə axşamı günü baş verib. Attraksion bağlandıqdan sonra isə hadisələr bir daha təkrar olunmayıb. Medium və parapsixoloq Dana Forsaytın fikrincə isə, heç bir cinayətkar olmayıb: yeniyetmələr paralel dünyaya “düşüblər” və oraya giriş otaqda yerləşən əyri güzgülərin birindən açılıb.

Görünür, bu, ciddi olaraq müəyyən bir zaman kəsiyində baş verib. “Bu girişin yalnız əks tərəfindən istifadə etmək olar. Yəqin ki, ilk yoxa çıxan yeniyetmələr orada olan vaxt kimsə onu açıb, sonra isə, oraya düşmüş yeniyetmələr öz dostlarını da bu girişdən çəkiblər”, - Dana Forsayt deyir.

Xanım Forsayt əmindir ki, reallığı dəyişdirən güzgü ətraf məkanı da dəyişdirə bilir. Beləliklə: “Yeniyetmələr “yad” reallığa düşüb və bir daha öz reallıqlarına qayıda bilməyiblər. Bu cür “girişlər” təkcə bizim dünyadakı canlıları “sorub aparmırlar”, onlar vasitəsilə paralel dünyalardan da canlılar bizim dünyaya daxil ola bilirlər. Belə ki, anomal təzahürlərin tədqiqatçısı Vladimir Litovka güman edir ki, müəmmalı və əfsanəvi çupakabra vəhşi heyvanı məhz oradan daxil ola bilər. “Çupakabra” adlı məxluq bizim dünyamıza kurqan skif nekropollarının yeriəşdiyi müvəqqəti məkan girişləri vasitəsilə daxil olur. Qədim skiflər öz hökmdarlarını dəfn etmək üçün güclü enerjiyə malik olan xüsusi yerlər seçirdilər. Onlar hesab edirdilər ki, yalnız həmin yerlərdə ölülər axirət dünyasma düşə bilərlər. 2009-cu ildə mənim tərəfimdən məhz bu cür enerjinin olduğu yerlərdə “çupakara” fenomeninin aktiv olması ilə bağlı 50-yə yaxın hadisə qeydə alınıb”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR