• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ukrayna ordusu 100 separatçı və rus hərbçisini öldürüb

  • Dünya
  • 4 Sentyabr 2014 10:10
  • 700 Baxış
Ukrayna ordusu 100 separatçı və rus hərbçisini öldürüb

Ukrayna antiterror gücləri ötən gecə ərzində ən azı 100 separatçı və Rusiya Federasiyasının hərbçisini məhv edib.

Publika.az-ın unina.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” səhifəsində bildirib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya hərbçilərinin fəallığı xüsusilə Donetsk, Qorlovka, Stukalova, Starobeşevo və Amvrosiyevka şəhərlərində müşahidə edilir. D.Tımçuk Rusiya ərazisindən də aviasiya zərbələrinin sayının artdığını deyib.

Hərbi ekspert Rusiya Federasiyasının beynəlxalq konvensiyalarla qadağan edilmiş patronlardan istifadə etdiyini qeyd edib. Onun fikrincə, ötən gecə baş verən döyüşlər Putinin irəli sürdüyü həll planının işləməyəcəyini göstərir.

Xatırladaq ki, Rusiya prezidenti Ukraynanın Donbas hövzəsində vəziyyətin nizama salınması ilə bağlı planını elan edib. Yeddi bəndlik planda Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv hücum əməliyyatlarının dayandırılması, Ukrayna ordusunun yaşayış məntəqələrindən uzaqlaşdırılması, yaradılan təhlükəsizlik zonasında atəşkəz şərtlərinə riayət edilməsinə obyektiv beynəlxalq nəzarətin həyata keçirilməsi, hər iki tərəfdə saxlanılan şəxslərin hər hansı ilkin şərtlər olmadan mübadilə edilməsi, qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizlərin açılması, dağıdılmış obyektlərin bərpası üçün təmir briqadalarının göndərilməsi müddəaları yer alıb.

Həll planına rəsmi Kiyevin reaksiyası da özünü çox gözlətməyib. Ukrayna baş naziri Arseniy Yasenyuk bildirib ki, Putinin planı münaqişənin dondurulmasına xidmət edir.

“Bu plan Rusiyaya qarşı sanksiyaların yeni dalğasından qaçmaq, eyni zamanda NATO-nun Uels sammitindən əvvəl beynəlxalq cəmiyyəti aldatmaq cəhdidir. Rusiya onunla Cenevrə, Normandiya, Berlin və Minskdə əldə olunan razılaşmalara, sadəcə olaraq, ya məhəl qoymurdu, ya da pozurdu”, - Ukrayna baş naziri deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR