“Der Spiegel”: “Putini Merkel də xilas edə bilməyəcək”
Bizi izləyin

Dünya

“Der Spiegel”: “Putini Merkel də xilas edə bilməyəcək”

“Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunu “iki həftə ərzində Kiyevi alacağı” ilə bağlı hədələməsi Vladimir Putinin NATO-nun düşməni rolunda olduğunu qəti şəkildə təsdiq edir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu fikirlər Almaniyanın “Der Spiegel” nəşrində yer alıb.

Nəşr hesab edir ki, V.Putinin NATO-nun düşməni olması faktı ilə Almaniya kansleri Angela Merkel də barışmalı olacaq və Putini daha müdafiə edə bilməyəcək.

“Əvvəl Merkelin Rusiya prezidentinin tərəfində olması bir fakt idi və kansler NATO-nun Rusiyaya qarşı qərarlarına veto qoyurdu. İndi isə Merkel təşkilatın digər üzvləri ilə birlikdə Putini cəzalandırmalı olacaq. Merkel həmçinin Avropa Birliyinin Kremlə qarşı sərt sanksiyalarını da rədd edirdi. Bundan başqa, Polşa və Baltikyanı ölkələr öz ərazisində NATO bazalarının yaradılmasını istəyir. Ancaq Berlin Putini qəzəbləndirməmək üçün buna qarşı çıxırdı”.

“Der Spiegel” bildirir ki, Merkel Uels sammitdə Baltikyanı ölkələrdə və Polşada NATO-nun dörd yeni hərbi bazasının yaradılmasını dəstəkləməyə hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm