Fransa: “İŞİD-ə hərbi müdaxilə edə bilərik”
Bizi izləyin

Dünya

Fransa: “İŞİD-ə hərbi müdaxilə edə bilərik”

Fransa İŞİD terror təşkilatına qarşı hərbi müdaxilə edə bilər.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, Müdafiə Şurasının toplantısından sonra Prezident Administrasiyasından verilən yazılı açıqlamada deyilib: “Fransa ehtiyac bilsə, beynəlxalq hüquq çərçivəsində İraq Şam İslam Dövləti (İŞİD) ilə mübarizə üçün hərbi müdaxilənin edilməsi nəzərdə tutulub”. Açıqlamada həmçinin İŞİD-in bütün bölgə üçün təhlükə yaratdığı da qeyd edilib.

Acıqlamada prezident Fransua Ollandın həmin toplantıda beynəlxalq hüquq çərçivəsində İŞİD probleminə siyasi, humanitar və ehtiyac olarsa, hərbi cavab verilməsinin vacib olduğunu qeyd etdiyi də bildirilib.

Fransanın müttəfiqləri ilə məsələnin müzakirə ediləcəyi söylənilən açıqlamada qeyd edilib ki, ölkə üçün qlobal təhlükə yaradan İŞİD-ə qarşı bütün sahələrdə cavab verilməsi vacibdir.

Açıqlamada Fransanın İŞİD təhdidi və İraqın təhlükəsizliyi ilə əlaqədar Parisdə beynəlxalq bir konfrans təşkil etmək istədiyi bildirilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm