• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD zülmündən inanılmaz qurtuluş

  • Dünya
  • 4 Sentyabr 2014 12:00
  • 1 398 Baxış
İŞİD zülmündən inanılmaz qurtuluş

İraq ordusunun Əli adlı 23 yaşlı əsgəri İŞİD-in əlindən özünü ölülüyə vuraraq qaçmağı bacarıb.

Publika.az “Sabah”a istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) iyun ayında İraqın Tikrit vilayətini ələ keçirdikdən sonra 770 iraqlını öldürüb. İnsan Hüquqları Təşkilatından verilən açıqlamada belə deyilir.

İraq ordusunun Əli adlı 23 yaşlı əsgəri İŞİD-in əlindən özünü ölülüyə vuraraq qurtulmağı bacarıb.

İŞİD iyunun əvvəlində İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirdikdən sonra Bağdaddan cəmi 150 kilometr aralıda yerləşən Tikriti də bir gündə nəzarətə götürüb. “İndependent”in xəbərinə görə, İŞİD yaraqlıları Səddam Hüseynin vətəni olan Tikritdə əsir götürdüyü yüzlərlə kişini öldürüb.

İraq əsgərlərinin şəhəri tərk etməsindən sonra komandirlərin məsləhəti ilə əsgərlər mülki geyimdə Tikritdən qaçmalı idilər. Buna rəğmən, iyunun 12-də İraq ordusunun bir çox əsgəri ilə birgə əsir düşən Əli İŞİD yaraqlılarının həyata keçirdiyi kütləvi qətl zamanı təsadüfən gülləyə tuş gəlməyib və sağ qalıb.

İnsan Hüquqları Təşkilatının verdiyi açıqlamaya görə, yerdə saatlarla hərəkətsiz qalan gənc əsgər İŞİD yaraqlıları ərazidən uzaqlaşdıqdan sonra qaçıb. Təşkilat Əlinin hazırda İŞİD təhdidindən uzaq bir yerdə təhlükəsiz şəraitdə olduğunu bildirib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR