Ukrayna Moskva qarşısına yeni hərbi doktrina çıxarır
Bizi izləyin

Dünya

Ukrayna Moskva qarşısına yeni hərbi doktrina çıxarır

Ukrayna yeni hərbi doktrina qəbul edə bilər.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Arseniy Yasenyuk Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, Ukraynaya hücum edən tərəfin kim olduğu və təhdidin haradan gəldiyi bəlli olduğu üçün yeni hərbi doktrinaya ehtiyac var. A.Yasenyuk Rusiyanın hazırda Ukraynanın ərazi bütövlüyünü təhdid edən yeganə ölkə olduğunu vurğulayıb.

NATO-nun Uels sammitindən gözləntiləri barədə danışan baş nazir qeyd edib ki, hərbi alyansdan “blok xarici xüsusi ortaqlıq statusu” almaq əsas hədəfdir.

İclasda çıxış edən Ukrayna Milli Təhlükəsizlik Şurasının sözçüsü Andrey Lısenko isə Rusiya tərəfdarı olan separatçıların təbii qaz tranzitini dayandırmağa çalışdığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm