Daha 8 həbs - Gülən əməliyyatı
Bizi izləyin

Dünya

Daha 8 həbs - Gülən əməliyyatı

III dalğa çərçivəsində yaxalandıqdan sonra ədliyyəyə aparılan 16 polisdən 8 nəfəri azad edilib, 8 nəfər isə həbs tələbi ilə məhkəməyə göndərilib.

Publika.az “Sözçü”yə istinadən xəbər verir ki, 22 iyul əməliyyatının III dalğası çərçivəsində yaxalanan və ədliyyəyə aparılan 16 polisdən 8-i azad edilib, 8 nəfər isə dövlət çevrilişinə cəhd və casusluq ittihamı ilə məhkəməyə göndərilib.

Sentyabrın 2-də saxlanılan 33 polisdən 16 nəfərinin bölmədə ifadəsi alındıqdan sonra, prosedurları qurtarmaq üçün sənədlər ədliyəyə göndərilib.

Onların ifadəsini istintaqı aparan terror və qruplaşma cinayətləri şöbəsinin prokuroru İsmayıl Uçar ilə birgə dörd prokuror alıb. İfadəsi alınan 16 polisdən 8 nəfəri prokurora ifadə verdikdən sonra azad edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm