• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Hazırda Ukraynadan tikə qopartmağa kömək edirik” – Çeçenlərin Ukrayna həqiqətləri

  • Dünya
  • 4 Sentyabr 2014 14:39
  • 773 Baxış
“Hazırda Ukraynadan tikə qopartmağa kömək edirik” – Çeçenlərin Ukrayna həqiqətləri

Rəsmi Kiyev Ukraynanın şərqində separatçılarla birlikdə Şimali Qafqaz xalqlarının, o cümlədən çeçenlərin vuruşduğu barədə dəfələrlə məlumat yayıb və videokadrlar yayımlayıb. Hətta Ukraynada yalnız çeçenlərdən təşkil olunan hərbi qruplaşmalarının olduğu iddia olunur. Kiyev bir neçə dəfə də bu iddiaları sübut edə biləcək videogörüntülər yayımlayıb.

Gözlənildiyi ki, həm Kreml rəhbərliyi, həm də Çeçenistan prezidenti Ramzan Kadırov bu iddiaları rədd edir. Amma Çeçenistanın sadə vətəndaşlarının söylədikləri hər şeyi gün işığına çıxarır.

Çeçenistan Respublikasında 18-ci motoatıcı briqadada xidmət etmiş 20 yaşlı Anton Tumanov və onun yoldaşlarının Donetskdə öldürüldüyü barədə anası Yelena Tumanov danışıb. Çeçenistan sakinləri respublikada ərazisindəki hərbi hissələrin bütövlükdə Ukrayna ilə həmsərhəd Rostov vilayətinə göndərildiyini bildirirlər.

Avqustun 25-də Rusiya Federasiyası prezidenti yanında Şuranın hərbi-vətəndaş münasibətləri üzrə daimi komissiyanın sədri Sergey Krivenko və komissiyanın üzvü Ella Polyakov Çeçenistan Respublikasındakı 18-ci motoatıcı briqadanın 9 hərbçisinin Rostov vilayətində yerləşən poliqonda həlak olması barədə informasiyanın yoxlanılması xahişi ilə istintaq komitəsinə müraciət edib. Əsgər Analarının Komitəsinin rəhbəri Lyudmila Boqatenkova iddia edir ki, onlar müqavilə ilə Ukraynada vuruşurdular. Avqustun 28-də isə S.Krivenko və E.Polyakov Rusiya Federasiyası istintaq komitəsinin hərbi istintaq idarəsinə müraciətlərində sözügedən məsələ ilə bağlı cinayət işinin qaldırılmasını xahiş edib.

Sərhədi keçən 1200 hərbçidən 120-i həmin gün öldü

İyirmi yaşlı A.Tumanovun anası bildirir ki, oğlu 13 avqustda Donetsk vilayətində öldürülüb. A.Tumanov 21 iyundan 18-ci motoatıcı briqadada müqavilə üzrə xidmət keçirdi. O, Rusiya-Ukrayna sərhədində 11 iyul tarixində olub, 12 avqustda isə Ukrayna ərazisinə daxil olub. Y.Tumanova bunları oğlu danışıb.

Y.Tumanovun sözlərinə görə, 12 avqustda 1200 nəfərlik kolon Ukraynaya daxil olub və 13 avqustda sərhəddən 15 kilometr içəridə yerləşən bir zavodun ərazisində dayanıb. Lakin həmin gün hərbi kolon Ukrayna ordusunun “Qrad” atəşinə məruz qalıb. Öldürülmüş əsgər anası oğlunun yoldaşlarına istinadən iddia edir ki, 1200 nəfərdən 120- ölüb, 450-i isə yaralanıb. “Mənim Antonum irəlidə idi. Nə səngər, nə də müdafiə var idi”, - deyən Y.Tumanov 20 avqustda Rostov meyitxanasından oğlunun ölüm haqqında şəhadətnaməsini və tabutunu alıb.

A.Tumanovun 18 yaşlı gəlini Nastya Çernov da bu informasiyanı təsdiq edib.

Rusiya hərbi qulluqçuları da Ukraynanın ərazisindəki döyüş əməliyyatlarında birbaşa iştirakını etiraf edirlər. S.Krivenko və E.Polyakovun məlumatında da təsdiqlənir ki, 13 avqust tarixində Rusiya ordusunun mindən çox hərbi qulluqçusu Ukrayna ərazisinə göndərilib. S.Krivenko deyir ki, döyüşə getməkdən imtina edənlərə cinayət işinin qaldırılacağı barədə xəbərdarlıq edilib.

Son iki həftə ərzində hərbi hissələr boşaldı

Çeçenistan sakinləri bildirir ki, Rusiya Müdafiə Nazirliyinin motoatıcı briqadalarının respublika ərazisindəki üç hərbi hissəsi Rostov vilayətinə göndərilib. “Bizdəki hərbi hissə son iki həftə ərzində praktik olaraq boşaldı. Orada yalnız ərazinin mühafizəsi üzrə cavabdeh olan bölmələr qaldı. Hərbçilərin əsas hissəsi Rostov vilayətinə aparılmışdı”, - Şatoyskoqo rayonunun Vaxid adlı sakini iddia edir. O, hərbçilərin bütün hərbi texnika və digər hərbi təchizatlarla birlikdə göndərildiyini bildirib.

Respublikanın Rəsul adlı bir başqa sakini də hərbi eşalonun zirehli texnika ilə Rostov istiqamətində hərəkətinin şahidi olub. “Avqust ayının ilk günləri idi. Mən Novoçerkaskdan qatarla Qroznıya gedirdim və dayanacaqlardan birində əks tərəfə zirehli texnikaların olduğunu eşelonun hərəkət etdiyini gördüm”, - Rəsul danışır.

"Şalidə xidmət edən əsgərlər arasında yerli sakinlərlə yanaşı qonşu Dağıstandan da olanlar var. Mənim tanışlarımdan biri onlarla tankçı və özüyeriyən artilleriya operatorunun Ukraynada həlak olduğunu bildirib”, - qeyri-hökumət təşkilatının yerli nümayəndəsi deyir.

Yerli sakinlərin sözlərinə görə, yalnız bir gündə - 29 mayda respublika ərazisinə Ukraynadan 35-dən 45-ə qədər cəsəd gətirilib. Ölənlər geniş ictimaiyyətdən gizli şəkildə dəfn edilib. Onların qohumlarından isə “artıq-əksik danışmamaq”la bağlı izahatlar alınıb.

“YouTube” saytında da avqust ayında bir neçə videoçarx yerləşdirilmişdi. Videoçarxlarda Ukraynanın Donetsk və Luqansk vilayətlərində döyüşən çeçenlərlərlə bağlı kadrlar var idi. Avqustun 28-də “YouTube”da zirehli texnika karvanının hərəkətini göstərən video yerləşdirildi. Silahlılar çeçen dilində danışırdılar. Saytda avqusun 29-da yerləşdirilən videoçarx isə Ukraynanın Novoazovsk şəhərində çəkilmişdi.

“Donetsk Xalq Respublikası” separatçı qurumu da silahlı konfliktdə Çeçenistan Respublikasından olan döyüşçülərin iştirakını dəfələrlə təsdiqləyib. Lakin separatçı qurum onların könüllülük prinsipi əsasında döyüşdüyünü bildirir. Ancaq ötən həftə məlum olub ki, Rusiya hərbçiləri, o cümlədən Çeçenistandan olan hərbçilər Ukraynaya göndərilməmişdən əvvəl şantal edilərək müqavilə imzalamağa məcbur edilirlər. Bu barədə Rostov vilayətinin Əsgər Anaları Komitəsinə bir neçə hərbçinin valideyni bildirib.

Həmin hərbçilərdən biri olan 18 yaşlı Andrey Zastavski Rostov vilayətində 137-ci paraşüt-desant alayında xidmət keçirdi. 2014-cü ilin iyulunda onu Ukrayna sərhədi yaxınlığında yerləşən Qukovo qəsəbəsindəki hərbi hissəyə köçürüblər. O, bu günlərdə valideynlərə zəng vuraraq bildirib ki, onu və əsgər yoldaşlarını Ukraynaya getməsi üçün müqavilə imzalamağa məcbur edirlər. Valideynləri Andreyə bundan imtina etməyi tapşırıblar. Lakin həmin axşam Andrey böyük bacısına zəng edərək müqavilə imzaladığını bildirib. Məlum olub ki, əsgərlər müqaviləni imzalamağa məcbur edilir, onların hərbi biletlərini yararsız hala salırlar. Andrey danışdıqlarını telefona çəksə də onu göndərə bilməyib. Çünki həmin gün qəflətən hərbi hissədə telefonlardan istifadə qadağan olunub.

Ukrayna ordusu və anonimliyini saxlayan Çeçenistan Respublikası vətəndaşları Rusiya Müdafiə Nazirliyinin xüsusi təyinatlı bölmələrinin Ukraynaya göndərildiyini bildirir. Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov Ukraynadakı döyüş əməliyyatlarında çeçenlərin olduğunu təsdiqləsə də, çeçen xüsusi bölmələrinin münaqişədə iştitakı barədə deyilənləri “ağ yalan” adlandırır.

“Hazırda Ukraynadan tikə qopartmağa kömək edirik”

“YouTube” vasitəsilə yayılan videoçarxlar Çeçenistanda ciddi ictimai rezonans doğurub. “Mən əminəm ki, biz çeçenlər Ukrayna hadisələrində iştirak etməməliyik. Bu bizim müharibəmiz deyil, biz iki müharibə aparmışıq. Onlar bizim uşaqlarımızdan həyasızcasına istifadə edirlər. Onlar bizim uşaqlarımızdan müharibələrdə faktiki olaraq material kimi istifadə edirlər. Bir vaxtlar biz guya terrorçu və “Əl-Qaidə”çi idik, bizi guya Əfqanıstan və İraqda tapırdılar, biz Suriyada müharibədə iştirak edirik, biz Cənubi Osetiyanı tutmağa kömək etdik və hazırda Ukraynadan tikə qopartmağa kömək edirik. Bu biabırçılıqdır”, - Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayevin vaxtında parlamentin deputatlarından olan biri bildirib. Lakin o, özünün anonimliyini saxlayıb.

Qrozni sakini Aymani çeçenlərin həmişə işğalçılar kimi deyil, şərəfli döyüşçülər kimi qəbul edildiyini deyir:

“Mənim vaxtımda daxili qoşunlara xidmət etmək biabırçılıq hesab edilirdi, çünki bu başqa insanların azadlığının məhdudlaşdırılması anlamına gəlirdi. Son 20-25 il ərzində bizə nə oldu? Nəyə görə bu vəziyyətə çatdıq, nəyə görə ən yaxın qonşularına qarşı vuruşmalıyıq”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR