Starobeşovo döyüşlərindən eksklüziv görüntülər – VİDEO
Bizi izləyin

Dünya

Starobeşovo döyüşlərindən eksklüziv görüntülər – VİDEO

Rusiyanın “Layf Nyus” (LifeNews) telekanalı Starobeşovo və Novokaterinovka rayonlarının çöllərində avqustun 30-dan başlayan şiddətli döyüşlərin yeni video-süjetini təqdim edib.

Axar.az sözügedən telekanala istinadla vurulan tankların, yandırılan hərbi maşınların və ağır döyüşlərdən sonra xarabalığa çevrilən məkanın görüntülərini diqqətə çatdırır.

Rusiya media orqanının verdiyi məlumata görə, həmin məkanlarda gedən döyüşlərdə Ukrayna milli ordusu ciddi itkilərə məruz qalıb. Məhv edilən onlarla tank, BTR və BMT, eləcə də canlı qüvvə sıralarında yüzlərlə ölü – bu, həmin faciənin üzücü mənzərəsidir.

Qeyd edilib ki, separatçılarla üz-üzə gələn “Donbas” və “Dnepr” batalyonları Starobeşovo yaxınlığında ümumilikdə 400 əsgərini itirib, 200 hərbçi isə ağır yaralanıb.

Xatırladaq ki, hazırda hər iki rayona separatçıların hərbi birləşmələri nəzarət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm