NATO-nun sammiti başladı - CANLI
Bizi izləyin

Dünya

NATO-nun sammiti başladı - CANLI

Bu gün Uelsin paytaxtı Kardiff şəhərində NATO-nun ənənəvi illik sammiti başlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, sammitdə ittifaq üzv olan 28 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 27 tərəfdaş ölkənin yüksək rütbəli nümayəndələri iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

Sammitin gündəliyində Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı, İŞİD terror təşkilatı ilə mübarizə məsələləri yer alıb.Tədbirin rəsmi gündəliyində yer almasa da, Kardiffdə Qarabağ məsələsinə dair müzakirələrin olacağı da gözlənilir.

Belə ki, dünən Azərbaycanda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin sammitdə qaldırılacağını deyib. O bildirib ki, ittifaqın Azərbaycanla bağlı üzərinə götürdüyü öhdəliklər gündəmə gətirilərək onların yerinə yetirilməsi istəniləcək.

Sammitdə Rusiyaya qarşı xüsusi fəaliyyət planının qəbulu gözlənilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm