Yanukoviç vaxtından əvvəl seçkilər keçirilməsinə hazırdır
Bizi izləyin

Dünya

Yanukoviç vaxtından əvvəl seçkilər keçirilməsinə hazırdır

Ukrayna Prezidenti Viktor Yanukoviç ölkədəki siyasi böhranın yeganə demokratik həlli yolu olacaqsa, vaxtından əvvəl parlament və prezident seçkilərinə hazırdır. Bunu dövlət başçısının Ali Radadakı nümayəndəsi Yuri Miroşniçenko ICTV telekanalının efirində bəyan edib. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Y.Miroşniçenko deyib: "Prezident dedi ki, əgər "biz siyasətçilər indi razılığa gələ biliriksə, onda vəziyyəti həll etməyin yeganə demokratik yolu vaxtından əvvəl seçkilərdir". Miroşniçenko bildirib ki, söhbət Konstitusiyadakı dəyişikliklərdən, parlament və prezident seçkilərindən gedir.

Onun sözlərinə görə, böhranın güc yolu ilə həlli ssenarisinə baxılmır, həmçinin fövqəladə vəziyyətin elan edilməsindən də söhbət gedə bilməz: "Prezident dedi: "Biz güc yolu ilə administrasiyaların binalarını və hətta Maydanı azad edə bilərik, lakin mən buna heç vaxt buna getmərəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm