Lavrov separatçıların tələblərini səsləndirdi
Bizi izləyin

Dünya

Lavrov separatçıların tələblərini səsləndirdi

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Avropa Birliyini (AB) Ukrayna radikallarına dəstək verməkdə ittiham edib.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, rusiyalı nazir ABŞ və AB-nin bununla yalnız zorakılığın davam etdirilməsində məsuliyyət daşımadığını, həm də prezident Pyotr Poroşenkonun nüfuzuna zərbə vurduqlarını deyib.

“Ümid edirəm ki, Vaşinqton və Avropa paytaxtlarında antirus ritorika ilə sərxoş olanlar reallığı gec də olsa anlayacaqlar”, - Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb.

S.Lavrov bildirib ki, Kiyev xalq qarşısında öz məsuliyyətini dərk edərək müharibəni dayandırmalı və danışıqlara başlamalıdır. O, “özünümüdafiə qüvvələrinin” tələblərinin təbii və haqlı olduğunu söyləyib: “Onların tələbləri heç də qeyri-adi görünməməlidir. Onlar doğulduğu və ata-babalarının yaşadığı torpaqda yaşamaq istəyirlər. Onlar öz həyatlarının qurulmasına birbaşa iştirak etmək, seçmək, seçilmək, istədiyi dildə danışmaq və öz uşaqlarını bu dildə tərbiyə etmək istəyirlər. Bütün bunlar milli azlıqların yaşadığı Avropa üçün adi arzulardır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm