Fətullah Gülən haqda ağla sığmaz İDDİA
Bizi izləyin

Dünya

Fətullah Gülən haqda ağla sığmaz İDDİA

Ermənistan mətbuatı Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla yaranan problemlə gündəmə gələn Fətullah Gülənin erməni mənşəli olduğunu iddia edib

Ermənistan mətbuatı Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla yaranan problemlə gündəmə gələn Fətullah Gülənin erməni mənşəli olduğunu iddia edib.


Erməni mətbuatı bu məsələnin hələ bir neçə il əvvəl gündəmə gəldiyini yazır: “Bir neçə il əvvəl Türkiyə Tarixçilər Cəmiyyətinin rəhbəri Yusif Qalaçoğlu bu barədə iddia ilə çıxış edib. Daha sonra jurnalist Murad Alpərən bu mövzunu inkişaf etdirərək Gülənin babalarının erməni mənşəli olduğunu yazıb.

“Star” qəzetində 1999-cu ildə Fətullah Gülən haqqında çap edilən hesabatda onun türk olduğuna şübhə ilə yanaşılıb. Həmin hesabat polis rəisi Cavad Saralın rəhbərliyi ilə hazırlanıb. 2013-cü il iyulun 5-də isə Turkishnews.com saytında Gülən haqda yayımlanan materialda onun babasının 1915-ci ildəki vəziyyəti barədə bəzi məqamlar əksini tapıb.

Materialda iddia olunub ki, Gülənin babası o zaman İbrahim bəyin yanında işləyib”.

Həmin il İbrahim bəyin yanında işləyən ermənilərdən ancaq Gülənin babasının sağ qaldığı, 18-19 yaşında adının gizlədərək İspirə gəldiyi, adını müsəlman adına dəyişdirdiyi və evləndiyi bildirilir. Bundan sonra o, ermənilərin əleyhinə danışmağa başlayıb və özünü nümunəvi müsəlman kimi aparıb.

Erməni mətbuatı iddia edir ki, F.Gülənin erməni olmasını onun babasının Van gölünün yaxınlığındakı Xlat kəndindən Ərzuruma gəlməsi də təsdiqləyir.

İddia olunur ki, F.Gülənin babası öz ailəsi ilə Xlatı tərk edərək Ərzurumda məskunlaşıb. Hətta Gülən ailəsinin bir müddət İrəvanda gizləndiyi, ancaq orada torpaq sahəsi ala bilmədiyinə və qazancı olmadığına görə Türkiyəyə qayıtmaq məcburiyyətində qalıb.

Erməni mətbuatının yazdığına görə, onun övladlığa qəbul etdiyi Əyyub Can və xanımı Elif Şəfəqin mövqeyi də F.Gülənin erməni əsilli olmasını təsdiqləyir.

E.Can Amerikada təhsil alıb, daha sonra “Zaman”, hazırda isə “Radikal” qəzetinin baş redaktorudur. O, qondarma erməni soyqırımını tanıyan azsaylı türk jurnalistlərindən biridir. F.Gülənin gəlini E.Şəfəqin anasının da erməni olduğu bildirilir. /AzNews.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm