Növbəti hədəflər İordaniya və Səudiyyə Ərəbistanıdır – İŞİD
Bizi izləyin

Dünya

Növbəti hədəflər İordaniya və Səudiyyə Ərəbistanıdır – İŞİD

Almaniya xarici işlər naziri Steinmeler İŞİD-in növbəti hədəfinin İordaniya və Səudiyyə Ərəbistanı olacağını iddia edib.

Publika.az “Xəbərtürk”ə istinadən xəbər verir ki, İraqdakı İŞİD (İraq Şam İslam Dövləti) təhlükəsini zərərsizləşdirmək üçün Kürd Regional Rəhbərliyinin (İKRR) hərbi gücü peşmərgəyə silah yardımı etmək qərarı verən Almaniya islamçı terror təşkilatı ilə əlaqədar yeni iddialar ortaya atıb.

Almaniya xarici işlər naziri Frenk-Volter Steinmeier dünən axşam bu barədə açıqlama verib. Nazir açıqlamasında İŞİD hücumlarının İraq və Suriya ilə sərhədlənməyəcəyini qonşu ölkələrə də sıçrayacağı deyib.

Daha dəqiq desək, nazir terror təşkilatının hədəfinin İordaniya və Səudiyyə Ərəbistanı olacağını bildirib.

Almaniyanın “Der Spiegel” jurnalının internet saytında verilən xəbərdə də Pakistandakı Taliban üzvü olan minlərlə yaraqlının İŞİD-ə qoşulmağa can atdığını qeyd edilib.

Xəbərdə İŞİD-in quracağı “İslam Dövləti” sərhədlərinin Pakistandan İsrailə qədər deyil, Hindistandan İspaniyaya qədər bölgəni əhatə edəcəyi iddia olunub.

Almaniya peşmərgəyə göndərməyi planlaşdırdığı silah transferini bu gün həyata keçirir. Tank əleyhinə “Milan” raketlərini idarə etmək üçün isə peşmərgə Almaniyada təlim keçəcək.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm