Poroşenko sabah atəşkəs əmrini verəcək
Bizi izləyin

Dünya

Poroşenko sabah atəşkəs əmrini verəcək

Sabah Ukrayna prezidenti Pyotr Poroşenko Donbas hövzəsində atəşkəs rejiminin tətbiqi ilə bağlı əmr verəcək.Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti NATO-nun Uels sammitində bildirib.

P.Poroşenko üçtərəfli əlaqə qrupunun sabah Misnkdə keçiriləcək toplantısında sülh planının imzalacağına ümid etdiyini dilə gətirib.

Xatırladaq ki, iki gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra P.Poroşenkonun mətbuat xidməti Donbas hövzəsində atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığın əldə olunduğunu açıqlayıb. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, liderlər münaqişənin həlli yollarını müzakirə etsələr də, atəşkəs rejimi barədə razılıq əldə olunmayıb. O, bunu Rusiyanın münaqişə tərəfi olmaması ilə izah etmişdi.

Separatçılar isə qeyd edir ki, ölkənin şərqində antiterror əməliyyatlarında iştirak edən bütün hərbi qruplaşmaların Ukrayna prezidentin qərarına tabe olacağına inanmır. Onlar Ukrayna təhlükəsizlik qüvvələrinin bütün antiterror qruplaşmalarına nəzarət etmədiyini əsas gətirir.

Qeyd edəkm ki, dünən Rusiya prezidenti Ukraynanın Donbas hövzəsində vəziyyətin nizama salınması ilə bağlı planını elan edib. Yeddi bəndlik planda Ukrayna Silahlı Qüvvələri tərəfindən aktiv hücum əməliyyatlarının dayandırılması, Ukrayna ordusunun yaşayış məntəqələrindən uzaqlaşdırılması, yaradılan təhlükəsizlik zonasında atəşkəz şərtlərinə riayət edilməsinə obyektiv beynəlxalq nəzarətin həyata keçirilməsi, hər iki tərəfdə saxlanılan şəxslərin hər hansı ilkin şərtlər olmadan mübadilə edilməsi, qaçqınların hərəkəti və humanitar yüklərin çatdırılması üçün humanitar dəhlizlərin açılması, dağıdılmış obyektlərin bərpası üçün təmir briqadalarının göndərilməsi müddəaları yer alıb.

Həll planına rəsmi Kiyevin reaksiyası da özünü çox gözlətməyib. Ukrayna baş naziri Arseniy Yasenyuk bildirib ki, Putinin planı münaqişənin dondurulmasına xidmət edir.

“Bu plan Rusiyaya qarşı sanksiyaların yeni dalğasından qaçmaq, eyni zamanda NATO-nun Uels sammitindən əvvəl beynəlxalq cəmiyyəti aldatmaq cəhdidir. Rusiya onunla Cenevrə, Normandiya, Berlin və Minskdə əldə olunan razılaşmalara sadəcə olaraq ya məhəl qoymurdu, ya da pozurdu”, - Ukrayna baş naziri deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm