Rusiyadan Fransa hərbi gəmilərilə bağlı şok açıqlama
Bizi izləyin

Dünya

Rusiyadan Fransa hərbi gəmilərilə bağlı şok açıqlama

Rusiyanın hərbi sənaye komissiyasının rəis müavini Oleq Boçkarev Fransa ilə razılaşmanın təxirə salınmasının Rusiyadan çox bu ölkəyə ziyan gətirəcəyini deyib.

Axar.az xəbər verir ki, Kreml rəsmisi gəmilərin Rusiyadan başqa heç bir dövlətə lazım olmadığını bildirib: “Rusiya pulunu və təzminatını alacaq. Amma Fransanın əlində qalan döyüş gəmilərini başqa dövlət almayacaq. Əslində, Fransanın gəmiləri başqa bir dövlətə satması nəzəri cəhətdən mümkündür. Amma Rusiya təchizatları yerləşdirilən, Rusiya sistemi ilə hazırlanan bu gəmiləri başqa bir dövlətin alması mümkün deyil”.

Bu arada Rusiya Prezidenti Vladimir Putin Fransanın müqaviləni ləğv edəcəyi təqdirdə ölkəsinin təzminat tələb edəcəyini bildirib. Rusiya ödənilən məbləğdən əlavə 1 milyard dollar təzminat istəyib. Lakin Fransa rəsmiləri razılaşmanın tam ləğv edilmədiyini, noyabr ayında məsələyə yenidən baxılacağını bildirib.

Xatırladaq ki, Fransa Ukraynadakı hadisələr üzündən Rusiyaya satacağı “Mistral” vertolyotdaşıyan gəmilərinin satışını ləğv edib.

Fransa prezidentinin rəsmi saytından verilən məlumata görə, Fransa hökuməti Moskvanın Ukraynadakı addımlarına görə, “Mistral” tipli iki desant gəmisini Rusiyaya çatdırmayacaq.

199 metr uzunluğu, 32 metr eni olan və 450 şəxsi heyətin xidmət edəcəyi gəmidə 16 vertolyot, 4 xilasedici qayıq və 70 artilleriya qurğusunun olması planlaşdırılmışdı. 1,6 milyard avro qiyməti olan gəmi 2015-ci ilin sonunda Rusiyaya təhvil verilməli idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm