Rasmussen Putinin planını müsbət dəyərləndirdi, ancaq...
Bizi izləyin

Dünya

Rasmussen Putinin planını müsbət dəyərləndirdi, ancaq...

Uelsdə keçirilən NATO sammitində birliyin Baş katibi Anders Foq Rasmussen Rusiyaya Ukraynadakı əsgərlərini geri çəkməsi üçün müraciət edib.

Axar.az xəbər verir ki, Rasmussen çıxışında Avropanın təhlükəsizliyinin ciddi problemlərlə üz-üzə qaldığını bildirərək Rusiyanın Ukraynanın şərqinə hücum hazırlığında olduğunu deyib.

Rasmussen Putinin sülh planının müsbət dəyərləndirilə biləcəyini xüsusi vurğulayıb:

“Rusiya Prezidenti Vladimir Putinin sülh planı təşəbbüsü müsbət addım kimi qarşılana bilər. Ancaq bunun həqiqətən müsbət bir addım ola bilməsi üçün Putinin yalnız qonşu dövlətin nələr etməsi lazım olduğunu bildirməsi deyil, qonşu ölkənin əsgərlərini geri çəkməsi və silah daşınmasını dayandırması lazımdır. Rusiyanın bu addımı atması Ukraynada həqiqətən sülh mühitinin təmin olunacağına sübut olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm