ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq”
Bizi izləyin

Dünya

ABŞ elçisi: “Suriyada əməliyyatlar başlayacaq”

ABŞ-ın İsraildəki səfiri Daniel B. Şepayr ölkəsinin İraqdan başqa Suriyada da hava hücumlarına başlaya biləcəyini deyib.

Axar.az xəbər verir ki, Şepayr İsrail radiosuna verdiyi müsahibədə ABŞ-ın Suriyaya girməsinin labüd olduğunu qeyd edib: “İŞİD-in birdəfəlik məhv edilməsi üçün prezident Obama hər şey etməyə hazır olduğunu bildirib. Güman edirəm ki, əməliyyatların miqyası genişləndiriləcək”.

Səfir müsahibəsində bir müddət öncə terrorçular tərəfindən öldürülən amerikalı jurnalistlərin məsələsinə toxunaraq onların cəsədlərinin ailələrinə çatdırılacağını da qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Barak Obama ötən həftə keçirdiyi mətbuat konfransında İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatların reallaşması üçün plan tərtib olunduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm