Kürd nazir: "Türkiyə özünü sübut etdi"
Bizi izləyin

Dünya

Kürd nazir: "Türkiyə özünü sübut etdi"

İraq Kürd Regional Rəhbərliyi Təbii Sərvətlər naziri Aşti Havrami Türkiyənin etibarlı tərəfdaş olduğunu sübuta yetirdiyini söyləyib.

Axar.az xəbər verir ki, Havrami İŞİD-in gözlənilmədən ortaya çıxmasından sonra İraqda aranın qarışdığını bildirib. Havrami rəsmi Bağdad ilə yaşanan maliyyə böhranı səbəbi ilə məmur və peşmərgələrin maaşlarının ödənmədiyini vurğulayıb. Havrami bölgəyə dərman, qida və İŞİD-lə mübarizədə lazımlı silahların göndərilmədiyini vurğulayıb.

Havrami İraqın bütövlüyünü qorumaq üçün dostlardan gələcək silah yardımına ehtiyacları olduğunu deyib:

"Qonşularımızla birgə İŞİD-ə qarşı əlimizdən gələnin ən yaxşısını etmək məcburiyyətindəyik. Çünki, İŞİD və dəstəkçilərinin güc əldə etməsinə maneə törətməliyik".

Kürd rəhbərliyi nümayəndəsi Türkiyənin kürd neftini beynəlaxlaq bazara çıxarmaqda yardımçı olduğunu və etibarlı tərəfdaş olduğunu sübut etidyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm