İsrail “İmaratul Əqsa”nı bağlatdırdı
Bizi izləyin

Dünya

İsrail “İmaratul Əqsa”nı bağlatdırdı

İsrail ölkənin şimalındakı Nazaret şəhərində yerləşən “Məscidi-i Əqsa” mirasına sahib çıxmaq üçün çalışan “İmaratul Əqsa” müəssisəsini ölkə təhlükəsizliyinə təhdid olduğunu iddia edərək bağlayıb.

Axar.az xəbər verir ki, “Məscidi-i Əqsa” Mədəniyyət və Miras Təşkilatından verilən açıqlamada İsrail kəşfiyyat nümayəndələri Nazaret şəhərində “İmaratul Əqsa” təşkilatının mərkəzi ofisinə basqın təşkil etdiyi bildirilib.

Açıqlamada kəşfiyyat işçilərinin bir sıra sənədlər və kompüterlərə əl qoyulduğu, bundan sonra isə İsrail Müdafiə naziri Moşe Yalona təşkilatın bağlanmasını ehtiva edən sənəd təslim edilib.

Təşkilatın bağlanmasına səbəb kimi İsrailin təhlükəsizliyinə təhdid olduğu və HƏMAS ilə əlaqələrinin olduğu göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm