Ukraynada separatçılar hərbi əməliyyatları dayandırır
Bizi izləyin

Dünya

Ukraynada separatçılar hərbi əməliyyatları dayandırır

Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumları 5 sentyabr tarixindən hərbi əməliyyatları dayandıracaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Aleksandr Zaxarçenko (“DXR”) və İqor Plotniskiy bildirib.

Bundan başqa A.Zaxarçenko və İ.Plotniskiy üçtərəfli əlaqə qrupunun sabah Minskdə keçiriləcək toplantısında atəşkəs rejimi ilə bağlı öz təklifləri təqdim edəcəyini deyib. Təkliflərdə münaqişə tərəflərinin atəşkəs rejimi ilə bağlı öhdəlikləri yer alıb.

Bundan əvvəl isə yayılan xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenko atəşin dayandırılması ilə bağlı sabah əmr verəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm