Olland: “Rusiyaya qarşı tədbirlər ən yaxın saatların hadisələrindən asılıdır”
Bizi izləyin

Dünya

Olland: “Rusiyaya qarşı tədbirlər ən yaxın saatların hadisələrindən asılıdır”

“Rusiya Federasiyasına qarşı tədbirlər üzrə qərarın qəbulu ən yaxın saatın hadisələrindən asılıdır”.

Publika.az-ın xarici mətbuata iastinadən verdiyi məlumata görə, bu sözləri Fransa prezidenti Fransua Olland Ukrayna prezidenti Pyotr Poroşenko ilə ikitərəfli görüşdən əvvəl bildirib.

“Sabah Avropa Şurasında Rusiyaya qarşı sanksiyaları elan edəcəyik. Bu sanksiyalar Ukrayna məsələsinin həllində irəliləyişə gətirməzsə, sonrakı addımlar ən yaxın saatlardakı proseslərdən asılı olacaq”, - F.Olland deyib.

Qeyd edək ki, Avropa Birliyi 30 iyulda Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya səkkiz nəfər və üç şirkət əlavə olunub. Onların arasında Rusiya Prezident Administrasiyası başçısının birinci müavini Aleksey Qromov, dörd Rusiya biznesmeni, Krım Daxili İşlər Nazirliyinin başçısı, həmçinin Donetsk və Luqansk vilayətlərində yaradılan separatçı qurumların iki nümayəndəsi var.

ABŞ Maliyyə Nazirliyi isə 29 iyulda Moskva Bankı, VTB və Rusiya kənd təsərrüfatı bankına, həmçinin Rusiya Federasiyası gəmiqayırma korporasiyasına qarşı sanksiyalar tətbiq edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm