Rusiyanın 120 zirehli texnikası Ukraynaya istiqamət alıb
Bizi izləyin

Dünya

Rusiyanın 120 zirehli texnikası Ukraynaya istiqamət alıb

Rusiya Federasiyasından 120 ədəd zirehli texnika Luqansk vilayətinin Krasnodon şəhəri istiqamətinə hərəkət edir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat katibi Andrey Lısenko bildirib.

Onun sözlərinə görə,hərbi texnikanın təxminən 1000 vahidi Rostov vilayətinin Kamensk və Şaxtinski şəhərləri , həmçinin Belqorod ərazisində qeydə alınıb. Bu ərazilər isə Luqansk vilayətinin Novopskovski rayonu ilə həmsərhəddir.

“Bundan başqa Ukrayna sərhədində batalyon-taktik qrupları və hava desant qoşunlarını yerləşdirilib”, - A.Lısenko deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm