ABŞ-dan Rusiyaya növbəti zərbə
Bizi izləyin

Dünya

ABŞ-dan Rusiyaya növbəti zərbə

ABŞ Rusiyaya qarşı sanksiyaların yeni paketini hazırlayır.

Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“ABŞ hesab edir ki, Rusiya Federasiyasına qarşı sanksiyalar gücləndirilməlidir”. – xəbərdə deyilir.

Xatırladaq ki, ABŞ Rusiyaya qarşı sonuncu sanksiyaları 29 iyulda qəbul edib. ABŞ Maliyyə Nazirliyi Moskva Bankı, VTB və Rusiya kənd təsərrüfatı bankları, həmçinin Rusiya Federasiyası gəmiqayırma korporasiyasına qarşı sanksiyalar tətbiq edib.

ABŞ-a dəstək olaraq Avropa Birliyi (AB) də Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir. AB 30 iyulda Rusiyaya qarşı sanksiyaların siyahısını genişləndirib. Siyahıya səkkiz nəfər və üç şirkət əlavə olunub. Onların arasında Rusiya Prezident Administrasiyası başçısının birinci müavini Aleksey Qromov, dörd Rusiya biznesmeni, Krım Daxili İşlər Nazirliyinin başçısı, həmçinin Donetsk və Luqansk vilayətlərində yaradılan separatçı qurumların iki nümayəndəsi var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm