Öldürülən İŞİD lideri haqda müdhiş iddialar - Foto
Bizi izləyin

Dünya

Öldürülən İŞİD lideri haqda müdhiş iddialar - Foto

Əl Qaidə terror təşkilatının lideri Eymən əl-Zəvahirinin sağ əli olan, Suriyada İŞİD və Əl-Nusra qruplaşmaları arasında vasitəçilik edən Əbu Xalid Surinin öldürülməsi gündəmin baş xəbərinə çevrilib.

Axar.az Türkiyə mediasının yaydığı son məlumatlara istinadən xəbər verir ki, bu hadisədən dərhal sonra Türkiyə sərhədindəki Atma bölgəsində böyük partlayış olub. Hadisə nəticəsində 13 nəfər ölüb, 50-dən çox adam yaralanıb. Yaralılar Türkiyə xəstəxanalarına çatdırılıb. Ehtimal olunur ki, bu partlayışla İŞİD liderinin ölümü arasında bir uyğunluq var. Partlayışın Surinin qətlinə cavab olaraq törədildiyi söylənir.

Bu arada isə “İslam Cəbhəsi” qruplaşmasının sözçüsü Əhrəm əl-Hələbi mətbuata deyib ki, Hələbdəki Əhraruş Şam qərargahına üç nəfər gəlib. Onlardan ikisi özünü partladıb, digərini də diri tutmaq mümkün olmayıb, o da öldürülüb. O, bu əməliyyatın arxasında İŞİD-in dayandığını söyləyib.

Bu açıqlama yayılarkən Tvitter sosial şəbəkəsində “İslam Cəbhəsi” adı altında müxtəlif şərhlər də qeyd olunub. İlk şərhlərdə İŞİD lideri olan Surinin Əsəd qüvvələri tərəfindən öldürüldüyü iddia edilib. Daha sonra isə onun elə öz təşkilat üzvləri tərəfindən öldürüldüyü yazılıb.

İŞİD isə Surinin qətlində əlinin olmasını təkzib edib. Bununla belə, İŞİD-in bəzi qrupları Surinin bu təşkilat tərəfindən öldürülməsi iddiasında israrlı mövqe nümayiş etdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm