NATO Ukraynaya maliyyə yardımı edəcək
Bizi izləyin

Dünya

NATO Ukraynaya maliyyə yardımı edəcək

NATO-ya üzv olan bütün ölkələr Ukraynaya maliyyə yardımı göstərəcək.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə hərbi ittifaqın Uels sammitində iştirak edən Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

P.Poroşenkonun sözlərinə görə, ittifaq Ukraynanı xüsusi proqrama cəlb etmək niyyətindədir. Proqram çərçivəsində dörd trest fondu yaradılacaq. Bu fondlardan logistika məsələlərinin həllində, kommunikasiyaların inşasında və kibercinayətlərə qarşı mübarizədə istifadə olunacaq.

Ukrayna dövlət başçısı həmçinin qeyd edib ki, NATO-nun ayrı-ayrı ölkələri hərbi-texniki sferada Ukrayna ilə əməkdaşlıq etməyə razılaşıblar. Həmin ölkələr Ukraynaya tibbi avadanlıqlar və dərmanların çatdırılması ilə bağlı öhdəlikləri üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm