Separatçıların Mariupol hücumu: ağır döyüşlər başladı
Bizi izləyin

Dünya

Separatçıların Mariupol hücumu: ağır döyüşlər başladı

Bir müddət bundan öncə separatçılar və Rusiyadan gələn döyüşçülər Donbasın strateji Mariupol şəhərinə genişmiqyaslı hücuma keçib.

Axar.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hazırda ağır silahlardan, artilleriya qurğusu və zirehli maşınlardan atəş səsləri eşidilir. Döyüşlərin şəhərin Vostoçni adlanan mikrorayonunda getdiyi deyilir. Hər iki tərəf müəyyən üstünlüyə malik olduğunu xatırladıb.

Bir neçə saat bundan öncə isə Rusiya dəniz kreyserlərindən Mariupol şəhərinin sahil rayonlarına şiddətli zərbələrin endirildiyi bildirilmişdi.

Xatırladaq ki, Donbasın cənubunda yerləşən Mariupol həm dəniz sualarına, həm də önəmli nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşdiyindən, bu şəhər xüsusi önəm daşıyır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm