Leninin heykəlinin yerində görün nə ucaltdılar - VİDEO, FOTO
Bizi izləyin

Dünya

Leninin heykəlinin yerində görün nə ucaltdılar - VİDEO, FOTO

Kiyevdə radikal nümayişçilərin dağıtdıqları heykəlin yerində indi qızılı unitaz dayanır

Ukraynanın paytaxtı Kiyevdə, Bessarabskaya meydanında Leninin uçurulmuş heykəlinin yerində unitaz ucaldıldı.

Anspress-in “Ridus” saytına istinadən verdiyi məlumata görə, Kiyev şəhər dövlət administrasiyasının qarşısında keçirilən aksiyada 30-dan çox insan iştirak edib.

Tədbir iştirakçıları daha sonra hazırlanan heykəli Şevçenko bulvarına aparıb və əvvəllər Leninin heykəlinin dayandığı postamentin üzərinə qoyublar. Yeni heykəl adi unitaz heykəlidir, amma qızılı rəngli boya ilə boyadılıb. Aksiya iştirakçılarının sözlərinə görə, “qızıl unitaz” Ukrayna məmur və deputatlarının batdığı rüşvətin simvoludur.

Heykəlin qoyulması Ukrayna Ali Radasının növbəti plenar həftəsinin başlanğıcı ilə eyni vaxta salınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm