Dünyada nə qədər intihar baş verir?
Bizi izləyin

Dünya

Dünyada nə qədər intihar baş verir?

İl ərzində dünyada 800 min insan intihar edir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər 40 saniyədən bir insanlar könüllü ölümü seçirlər.

Təşkilatın təqdim etdiyi hesabata görə, hələ 2012-ci ildə 804 min nəfər intihar edib. İntensiv göstərici belədir: 100 min nəfərə 11,4 nəfər. Bu indeks kişilər üçün 15, qadınlar üçünsə 8-dir. Bəzi ölkələrdə isə intiharın statistikasını aparmırlar, onu elə bədbəxt hadisə kimi qeydə alırlar.

Yaxşı inkişaf etmiş ölkələrdə kişilər qadınlardan 3 dəfə çox intihar edir. Lakin aşağı səviyyəli inkişaf etmiş ölkələrdə qadın və kişilər arasındakı intihar göstəriciləri bərabərdir.

İntihar halları daha çox 15-29 yaş arası olur. Lakin 70 yaşdan yuxarı intihar edənlərin də sayı az deyil.

Bu halların qarşısının alınması üçün ÜST odlu silah, tibbi preparatların satışını məhdudlaşdırmağı məsləhət görür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm