Ərdoğandan Obamaya: “Güləni bizə verin”
Bizi izləyin

Dünya

Ərdoğandan Obamaya: “Güləni bizə verin”

Prezident Ərdoğan bu gün ABŞ prezidenti Obama ilə görüşündə Fətullah Gülənin ölkədən çıxarılmasını istəyəcək.

Publika.az xəbər verir ki, Türkiyə prezidenti R.T.Ərdoğan Bakıya səfərindən sonra Uelsin paytaxtı Kardiffə gedən zaman təyyarədə jurnalistlərin suallarını cavablandırıb. O, Kardiffdə ABŞ prezidenti Obama ilə təkbətək görüşəcəyini və görüş zamanı Fətullah Gülənin ölkədən çıxarılmasını və ya Türkiyəyə deportasiya olunmasını istəyəcəyini açıqlayıb:

Demək olar ki, casusluq təşkilatı yaradıblar

- Dövlət içində dövlət qurmaq istəyənlərlə əlaqədar Obamaya nə deyəcəksiniz?

- Hər şey məlumdur. Türkiyədə “əlinizdə məlumat, sənəd olmadan neyləyəcəksiniz” deyənlər var. Halbuki hər şey ortadadır. Bu ölkənin baş nazirinin danışıqlarını dinlədilər, nazirlərinə qulaq asırlar, bundan daha böyük sənəd ola bilərmi? Türkiyə baş naziri yazışmalarda “o vaxtın baş naziri” cümlələrindən istifadə edir. Təbii ki, bunlar deşifrə olundu. Bundan daha böyük, daha ciddi hansı sənəd ola bilər? İndi bunlar neyləyəcək, nəyi inkar edəcəklər?.. Bu adamlar artıq bütün elektronik cihazları qaçırmaqla sübutları məhv etmək həddinə çatıblar. Bunlar, demək olar ki, casusluq təşkilatı yaradıblar. Bütün bu işlər üçün əmr də Pensilvaniyadan gəlir”.

Ölkədən çıxarılsın

Madam ki, biz Amerika ilə müttəfiqik. Madam ki, onlar bizdən zaman-zaman bəzi terrorçuları istəyirlər. Biz də veririk. İndi də biz deyəcəyik ki, məsələ belədir, belədir, belədir... ya bunu ölkədən xaric edin, ya da verəcəksinizsə, bizə verin. Məsələ tamamilə ortadadır. Gəlsin öz ölkəsində yaşasın. Madam ki, heç bir suçu olmadığını deyir, burada yaşasın. Şəbəkəsini idarə edəcəksə, buradan etsin. Siyasətə atılacaqsa, burada atılsın.

- Siz əvvəl də Obama ilə bu məsələni telefonda müzakirə etmişdiniz.

- Hamısının əlaqələri bir-bir ortaya çıxır. Hər şey məlum olur. Bəzi addımlar artıq atılıb. Qırmızı xətlə axtarışa verilənlər var. Axtarışda olanları Türkiyəyə verirlərmi? Terror təşkilatının üzvləri, bunun xaricində Uzan qardaşları, Fəxriyyə Ərdal kimi axtarışda olanlar var. Harada olduqları-filan o ölkələrə bildirilib. Və bizə verməyiblər. Təəssüf ki, onların ölkələrində fərqli məsələlərə görə mühafizə edilənlər var”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm