“Soyuq müharibə II”: Kreml nüvə silahlarını yoxlayır
Bizi izləyin

Dünya

“Soyuq müharibə II”: Kreml nüvə silahlarını yoxlayır

Uelsin paytaxtı Kardiff şəhərində bir araya gələn NATO üzvləri Ukrayna böhranından sonra Rusiya strategiyasının dəyişdirilməsinə qərarı verdi.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “soyuq müharibə”dən sonra “terrorla mübarizə” missiyasını həyata keçirən NATO Rusiya təhdidini əsas gətirərək “ittifaq torpaqlarını müdafiə” strategiyasına geri dönüb.

Rusiya və Qərb arasında “Soyuq müharibə II” adlandırılan yeni qarşıdurmanın başlandığı isə aşağıdakı hadisəlrədən də görünür.

1.Fransa döyüş gəmilərinin Rusiyaya satılmasını təxirə saldı

2011-ci ildə Rusiya və Fransa arasında “Mistral” tipli 2 döyüş gəmisinin alqı-satqısı ilə bağlı müqavilə imzalanıb. Ukrayna böhranının yaranması ilə Fransa Rusiyaya ilk “Mistral” tipli döyüş gəmisini çatdırmaqdan imtina edib. Rusiyadan 1,6 milyard dollar alan Fransa “Vladivostok” gəmisini 2014-cü il, “Sevastopol” gəmisini isə 2015-ci ildə Rusiyaya çatdırmalı idi.

2.NATO Ukraynada hərbi təlimlər keçəcək

NATO 16-26 sentyabr tarixlərində Ukraynada hərbi təlimlər keçəcək. Hərbi təlimlərdə ümumilikdə 1000-ə qədər hərbçi iştirak edəcək. ABŞ isə təlimlərə 200 hərbçi iə qatılacaq. Bundan başqa Ukrayna, Azərbaycan, Böyük Britaniya, Kanada, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Norveç, Polşa, Rumıniya və İspaniya hərbçilərinin də təlimlərdə iştirakı gözlənilir.

3.Kremlin nüvə təlimlərinə başlayır

Rusiya Müdafiə Nazirliyi ölkənin nüvə gücünün yoxlanılması üçün 4 min hərbçinin qatılacağı nüvə təlimlərinin keçiriləcəyini açıqlayıb. Digər tərəfdən isə ABŞ-ın bir hərbi gəmisi Qara dənizə daxil olub. “Hərbi gəmi ABŞ-ın NATO-dakı müttəfiqlərinin təhlükəsizliyini gücləndirmək üçün göndərilib”, - ABŞ Hərbi-Dəniz Donanmasının açıqlamasında deyilir.

4.Kiyev Rusiya sərhədinə divar çəkir

Ukrayna Rusiya sərhədinə təhlükəsizlik divarı çəkmək üçün hərəkətə keçir. Ukrayna baş naziri Arseniy Yasenyuk “Rusiya bir terror ölkəsidir və öz torpaqlarımızı ondan qorumalıyıq” deyib. İki min kilometrlik divar 2 metr hündür olacaq. Divarın ətrafına isə minaların qoyulması nəzərdə tutulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm