Davudoğlu Ərdoğanın sarayının adını açıqladı
Bizi izləyin

Dünya

Davudoğlu Ərdoğanın sarayının adını açıqladı

Baş nazir Əhməd Davudoğlu Atatürk meşəsində tikilən bina üçün fikirləşdikləri adı açıqlayıb.

Publika.az xəbər verir ki, baş nazir Əhməd Davudoğlu Atatürk meşəsində inşa edilən yeni prezident iqamətgahının adını söyləyib. Davudoğlu “TRT” kanalının canlı yayımında 150 sot torpağı əhatə edən binaya “Ağ Saray” adının verildiyini deyib.

Xatırladaq ki, Türkiyənin yeni ölkə başçısı R.T.Ərdoğan bundan əvvəl Türkiyə Cümhuriyyəti tarixində bütün prezidentlərin prezidentlik müddəti ərzində yaşadıqları Çankaya Köşkünün yerinə yeni tikilən sarayda yaşayacağını açıqlayıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm