• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

CHP-nin fövqəladə qurultayından gözlənilməz FOTO

  • Dünya
  • 5 Sentyabr 2014 14:41
  • 443 Baxış
CHP-nin fövqəladə qurultayından gözlənilməz FOTO

Bu gün Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) 18-ci fövqəladə qurultayını keçirir.

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, CHP-nin bugünkü qurultayında Kamal Kılıçdaroğlu 944, Məhərrəm İncə 177 imza ilə sədrliyə namizəd olub.

Qurultayda ilk söz Məhərrəm İncəyə verilib. İncə “iqtidar olmaq üçün əvvəlcə özümüz olacağıq, əvvəlcə inqilabçılığımızı, ondan da əvvəl solçuluğumuzu xatırlayacağıq” deyib.

CHP-nin iki gün davam edəcək 18-ci fövqəladə qurultayı Ankara Ticarət Palatasının Konfrans Mərkəzində həyata keçirilir. Qurultayda CHP sədri Kamal Kılıçdaroğlu ilə yeni sədrliyə namizəd Məhərrəm İncə yanaşı əyləşib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlunun partiya məclisinə namizəd olmağını istədiyi keçmiş baş nazir müavini Kamal Dərviş onun bu təklifini rədd edib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR